BAKI, 8 iyul. TELEQRAF

İran ABŞ-nin ölkəyə qarşı həyata keçirdiyi hücumların İslamabadda imzalanmış qarşılıqlı anlaşma memorandumunun müddəalarını pozduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi danışıb.

Onun sözlərini İranın "Fars" agentliyi yayıb.

“ABŞ-nin İrana qarşı hücumu İslamabadda imzalanmış qarşılıqlı anlaşma memorandumunun 1-ci və 2-ci bəndlərinin kobud şəkildə pozulmasıdır”, - deyə Qəribabadi bildirib.

İran rəsmisi əlavə edib ki, son üç həftə ərzində Vaşinqton memorandumun şərtlərini dəfələrlə pozub.

Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında üç gəmiyə hücum etdiyini iddia edərək buna cavab olaraq ölkə ərazisinə qarşı “güclü zərbələr silsiləsi”nə başladığını açıqlamışdı.