Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
1988-ci il təvəllüdlü Həsən Oktyabrskiy bıçaq yarası ilə xəstəxanalardan birinə gətirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
Hadisənin necə və hansı şəraitdə törədilməsi istiqamətində Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma başlanılıb.
Qeyd edək ki, H.Oktyabrskinin əvvəllər məhkumluğu olub.