BAKI, 7 iyul. TELEQRAF
Argentina Misir üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib.
Teleqraf xəbər verir ki, qarşılaşma 3:2 hesabı ilə Argentinanın xeyrinə yekunlaşıb.
***
Argentina oyuna əlavə edilmiş vaxtda növbəti qolunu vurub.
Teleqraf xəbər verir ki, 90+3-cü dəqiqədə Enzo Fernandes komandasına 3-cü qolu qazandırıb.
***
21:48
Argentinanın kapitanı Lionel Messi Misirlə qarşılaşmada hesabı bərabərləşdirib.
***
21:44
Argentina Misirlə hesab arasındakı fərqi birə endirib.
Teleqraf xəbər verir ki, Kristian Romero matçın 79-cu dəqiqəsində qol vurub.
***
21:32
Argentina-Misir matçında ikinci qol vurulub.
Teleqraf xəvər verir ki, VAR tərəfindən qolu ləğv edilən Mostafa Ziko matçın 67-ci dəqiqəsində komandasının üstünlüyünü iki topa çatdırıb.
***
21:23
Argentina-Misir matçında afrikalıların ikinci qolu ləğv edilib.
Teleqraf xəbər verir ki, hakim qayda pozuntusuna görə qolu qeydə almayıb.
***
21:10
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda ikinci hissə başlayıb.
Teleqraf xəbər verir ki, Misir 1:0 hesabı ilə üstünlüyü qoruyur.
***
20:23
Argentina-Misir matçında Lionel Messi penalti zərbəsindən yararlana bilməyib.
Teleqraf xəbər verir ki, bu, DÇ-2026-da Messinin qaçırdığı ikinci penalti zərbəsidir.
***
20:17
Argentina-Misir qarşılaşmasında ilk qol vurulub.
Teleqraf xəbər verir ki, Yasser İbrahim 15-ci dəqiqədə misirliləri sevindirib.
***
20:00
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyunu başlayıb.
Teleqraf xəbər verir ki, 1/8 final mərhələsinin oyunu Atlanta stadionunda keçirilir.
Qarşılaşmanı fransalı hakim Fransua Leteksye idarə edir.