BAKI, 20 mart. TELEQRAF

Məşhur Hollivud aktyoru Çak Norris 86 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, o, Havaidə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Aktyor 10 mart 1940-cı ildə ABŞ-da anadan olub.

Aktyor və döyüş ustası olan Norris bir neçə dəfə karate üzrə dünya çempionu olub.

O, "Əjdəhanın yolu", "Missing in Action" və "Delta Force" filmləri, həmçinin "Walker" və "Texas Ranger" serialında yaddaqalan obrazları canlandırıb.