BAKI, 16 fevral. TELEQRAF
"Xaç atası" və "Apokalipsis indi" filmlərindəki rolları ilə tanınan amerikalı aktyor və rejissor Robert Duvall 95 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə "Variety" jurnalı onun həyat yoldaşının açıqlamasına istinadən məlumat yayıb.
Dyuval 1984-cü ildə "Tender Mercies" filmindəki roluna görə "Ən yaxşı aktyor" nominasiyasında Oskar mükafatı qazanıb. O həmçinin BAFTA mükafatı və dörd "Qızıl Qlobus" mükafatı alıb.