BAKI, 8 iyul. TELEQRAF
Argentina millisinin futbolçusu Enzo Fernandes dünya çempionatları tarixinə düşüb.
Teleqraf xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın 1/8 final mərhələsində Misirə qarşı keçirilən matçda yubiley qolunun müəllifi olub.
Fernandes qarşılaşmanın əlavə vaxtında fərqlənərək dünya çempionatları tarixində 3000-ci qolu vurub. Onun qolu Argentina millisinə 3:2 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, dünya çempionatları tarixində 1000-ci qolun müəllifi niderlandlı Rob Rensenbrink olub. O, 1978-ci ildə Şotlandiya ilə matçda fərqlənib. 2000-ci qolu isə 2006-cı ildə Almaniyada keçirilən mundialda İsveç millisinin futbolçusu Markus Allbek İngiltərəyə qarşı oyunda vurub.