BAKI, 8 iyul. TELEQRAF
ABŞ Silahlı Qüvvələrinin İrana qarşı başladığı hərbi əməliyyatların yaxın vaxtlarda başa çatması gözlənilmir.
Teleqraf xəbər verir ki, bu barədə CNN ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Vaşinqtonun həyata keçirdiyi hücumlar İranın hərəkətlərinə sadəcə proporsional cavab xarakteri daşımır.
“Bu, cəzalandırma tədbiridir. Əməliyyatlar bir müddət davam edəcək”, - deyə amerikalı rəsmi bildirib.
Məlumata görə, ABŞ-nin hücumları İranın Hörmüz boğazında kommersiya gəmilərinə qarşı həyata keçirdiyi iddia olunan hücumlara cavab olaraq başlanıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı “güclü zərbələr silsiləsi”nin başladığını açıqlamışdı. Komandanlıq bəyan etmişdi ki, əməliyyatlar İranın Hörmüz boğazında gəmilərə hücumlarına cavab məqsədi daşıyır.