"Evdə Tək" serialının ulduzu Ketrin O'Hara 71 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, onun ölüm səbəbi hələlik məlum deyil.
Aktrisanın iki oğlu var.
O'Hara karyerasına 1974-cü ildə Torontodakı İkinci Şəhər Teatrında başlayıb. Lakin o, Tim Börtonun 1988-ci ildə çəkdiyi "Beetlejuice" filmində Vaynona Rayderlə birlikdə Delia Deetz rolu və daha sonra "Evdə Tək" filmlərində Makulay Kalkinin anası rolu ilə tanınıb.