BAKI, 7 iyul. TELEQRAF
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Azərbaycan çempionu “Sabah” doğma meydanda Uels təmsilçisi TNS-i qəbul edib.
Teleqraf xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən qarşılaşma “bayquşlar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Sabah”ın hesabı matçın 66-cı dəqiqəsində Velko Simiç ilə açıb. 84-cü dəqiqədə Kahim Parris fərqlənərək yekun hesabı müəyyənləşdirib.
Oyunun 90+2-ci dəqiqəsində TNS-in futbolçusu Stiv Solvet ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 15-də Uelsdə keçiriləcək.
***
21:53
“Sabah” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin TNS (Uels) ilə oyunda azlıqda qalıb.
Teleqraf xəbər verir ki, 90+2-ci dəqiqədə Stiv Solvet 2-ci sarı vərəqədən qırmızı vərəqə alıb.
***
21:44
“Sabah” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində UELS təmsilçisi TNS ilə oyunda ikinci qolu vurub.
Teleqraf xəbər verir ki, “bayquşlar”ın qolunu 84-cü dəqiqədə Kahim Parris vurub.
“Bank Respublika Arena”da baş tutan qarşılaşmada hesab 2:0 Azərbaycan təmsilçisinin xeyrinədir.
***
21:26
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Sabah”- TNS (Uels) komandaları arasında keçirilən oyunda hesab açılıb.
Teleqraf xəbər verir ki, Bank Respublika Arena”da baş tutan görüşün 66-cı dəqiqəsində Azərbaycan təmsilçisi 1:0 hesabı ilə önə keçib.
“Bayquşlar”ın qolunu Velko Simiç vurub.
***
21:07
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Sabah” və Uelsin TNS komandaları arasında keçirilən oyunda ikinci hissə start götürüb.
Teleqraf xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”nda keçirilən görüşün ilk yarısında hesab açılmayıb – 0:0.
Qarşılaşmanı polşalı baş hakim Patrik Qriskieviç idarə edir.
**
20:49
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçirilən “Sabah” – TNS (Uels) matçında ilk hissə başa çatıb.
Teleqraf xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən görüşdə ilk 45 dəqiqədən sonra hesab açılmayıb – 0:0.
Qarşılaşmanı polşalı baş hakim Patrik Qriskieviç idarə edir.
***
20:00
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Sabah” və Uelsin TNS komandaları arasında keçirilən oyun start götürüb.
Teleqraf xəbər verir ki, qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da keçirilir.
Görüşün baş hakimi Polşadan olan Patrik Qriskieviçdir.