BAKI, 8 iyul. TELEQRAF
DÇ-2026-nın 1/8 final mərhələsində Argentina və Misir milliləri üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Atlantada keçirilən qarşılaşma Argentinanın üstünlüyü ilə başa çatıb - 3:2.
Oyunun 21-ci dəqiqəsində Argentina penalti zərbəsi vurmaq hüququ qazanıb. Topun arxasına keçən Lionel Messi şansdan yararlana bilməyib. Misir millisinin qapıçısı onun zərbəsini dəf edib.
Bu penalti Argentina üçün dünya çempionatları tarixində 19-cu olub. Cənubi Amerika təmsilçisi bu göstəricidə turnirin rekordçusudur. Siyahıda ikinci yeri 18 penalti ilə İspaniya, üçüncü yeri isə 17 penalti ilə Fransa tutur.
Qeyd edək ki, Argentina son iki dünya çempionatında keçirdiyi 12 oyunda 9 dəfə penalti zərbəsi vurmaq hüququ qazanıb.