BAKI, 8 iyul. TELEQRAF
İranın cənub bölgələrində, o cümlədən Keşm adası və Sirik şəhəri yaxınlığında bir sıra partlayışlar qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyi hadisə şahidlərinə istinadən məlumat yayıb.
Məlumata görə, partlayışlar Hörmüz boğazı yaxınlığında yerləşən Keşm adası və liman şəhəri olan Sirik ətrafında baş verib.
Agentlik həmçinin İranın mühüm liman şəhərlərindən biri olan Bəndər-Abbas yaxınlığında da partlayış səslərinin eşidildiyini bildirib.
Partlayışların səbəbi və nəticələri barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında üç kommersiya gəmisinə hücum etdiyini iddia edərək ölkə ərazisinə qarşı “güclü zərbələr silsiləsi”nə başladığını bəyan etmişdi.