BAKI, 7 iyul. TELEQRAF

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İranın Hörmüz boğazından keçən "Vadiyan" tankerinə hücum etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, XİN-in məlumatında qeyd olunur: "Xarici İşlər Nazirliyi İran İslam Respublikasının Hörmüz boğazından keçərkən Səudiyyə Ərəbistanına məxsus "Vadiyan" tankerinə, eləcə də Qətərin "Əl-Rəkayyat" tankerinə hücumu ilə əlaqədar olaraq ən sərt şəkildə qınayır. Bu cür hücumlar beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır və qlobal enerji təchizatı zəncirlərini təhdid edir".

Ər-Riyad Tehrandan naviqasiya təhlükəsizliyini pozan hərəkətləri dərhal dayandırmağı tələb edib.