BAKI, 8 iyul. TELEQRAF
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların başlandığını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə CENTCOM-un yaydığı ilkin məlumatda bildirilib.
Açıqlamada qeyd olunur ki, ABŞ İrana qarşı “güclü zərbələr silsiləsi” endirməyə başlayıb.
Mərkəzi Komandanlığın məlumatına görə, əməliyyatlar İranın Hörmüz boğazında üç kommersiya gəmisinə hücumlarına cavab olaraq həyata keçirilir.
“ABŞ İranın Hörmüz boğazında üç kommersiya gəmisinə hücumuna cavab olaraq zərbələr endirir”, – məlumatda vurğulanıb.
Hələlik hücumların miqyası, hədəfləri və nəticələri barədə əlavə məlumat verilməyib.