BAKI, 7 iyul. TELEQRAF
Bakıda baş vermiş yanğın söndürülüb.
Teleqraf xəbər verir ki, hadisə Xəzər rayonunun Şağan qəsəbəsində quru otluq sahədə qeydə alınıb.
Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətraf sahələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
***
20:53
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Teleqraf xəbər verir ki, mMəlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.