BAKI, 24 noyabr. TELEQRAF
Macarıstan Ukraynaya maliyyə yardımının məcburi xarakter daşımasına və bu məsələnin Avropa İttifaqının (Aİ) yeddiillik büdcəsinin təsdiqlənməsi ilə əlaqələndirilməsinə qarşı çıxır.
Teleqraf xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Madyar Vişeqrad dördlüyünə daxil olan ölkələrin hökumət başçılarının görüşündən sonra bildirib.
Baş nazirin sözlərinə görə, Budapeşt Ukraynaya maliyyə dəstəyinin Aİ-nin uzunmüddətli büdcəsinin razılaşdırılması üçün şərt kimi irəli sürülməsini qəbul etmir.
“Onsuz da ciddi maliyyə çətinlikləri ilə üzləşən Aİ büdcəsi çərçivəsində bizi məcburi maliyyələşdirməyə vadar etmələri, bununla hədələmələri və ya həmin məsələni şərt kimi irəli sürmələri ilə razı deyilik”, – Madyar vurğulayıb.
Bununla yanaşı, hökumət başçısı Macarıstanın Ukraynaya yardım göstərilməsinin prinsipial olaraq əleyhinə olmadığını bildirib.
O xatırladıb ki, Budapeşt indiyədək Kiyevə dəstək göstərib və gələcəkdə də bu siyasəti davam etdirmək niyyətindədir. Lakin baş nazir yardımın konkret hansı formada həyata keçiriləcəyini açıqlamayıb.
Qeyd edək ki, Peter Madyar daha əvvəl Avropa İttifaqının yenilənmiş büdcə layihəsinin Macarıstanı qane etmədiyini və Budapeştin sənədin əvvəlki variantı kimi yeni redaksiyasını da rədd etdiyini bildirmişdi.nbə əsasında hazırlanıb. Baş nazirin açıqlaması müstəqil şəkildə yoxlanılmayıb.