BAKI, 20 noyabr. TELEQRAF
Avropa İttifaqına üzv dövlətlərin Daimi Nümayəndələr Komitəsi (Coreper) Ukrayna qanunvericiliyinin araşdırılmasının nəticələrini təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə "Evropeyskaya Pravda" qəzeti məlumat yayıb.
Daha əvvəl "Euronews" kanalı Macarıstanın AB səfirlərinin görüşündə Ukraynanın AB-yə qəbulu ilə bağlı qoyduğu vetonu ləğv etmək niyyətində olduğunu yazmışdı.
Macarıstan Baş Nazirinin Ofisində Aİ işləri üzrə dövlət katibi Andras Biro-Nad cümə axşamı Brüsseldə keçiriləcək Ümumi İşlər Şurasının iclasından əvvəl genişlənmə ilə bağlı müzakirə zamanı belə bir addımın atıldığını bildirib.
Budapeşt uzun müddətdir ki, danışıqlar qruplarının açılmasını əngəlləyərək Ukraynanın üzvlük prosesinə mane olur. Onun veto hüququ həmçinin Moldovanın üzvlük yolundakı irəliləyişini də dayandırıb.
Macarıstanın mövqeyi Peter Magyarın hakimiyyətə gəlişindən sonra dəyişib.