BAKI, 20 noyabr. TELEQRAF
Hörmüz boğazından keçən tankerdə partlayış olub.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Bildirilir ki, Omanın Xəsab şəhərindən 8 dəniz mili şimalda tankerin göyərtəsinə mərmi dəyib.
Partlayışdan sonra gəmidə yanğın olub. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.