BAKI, 20 noyabr. TELEQRAF
Doqquz il Kubada saxlanılan amerikalı Alina Lopez Miyares 2026-cı ilin sentyabrında azadlığa buraxılıb. O, ABŞ-yə qayıdıb.
Teleqraf xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
ABŞ vətəndaşı 2017-ci ildə casusluq ittihamı ilə saxlanılıb. Mənbələrə görə, bir qrup hökumət rəsmisi Miyaresi ABŞ-yə qaytarmaq üçün gizli şəkildə Kubaya uçub. Qeyd olunur ki, Vaşinqton heç bir ödəniş etməyib və onun azad edilməsi üçün Kuba ilə məhbus mübadiləsi aparmayıb.
Dövlət Departamentinin sözçüsü televiziya kanalına bildirib: "Biz Alina Lopezin sentyabr ayında ABŞ-yə qayıtmasını alqışladıq. Onun azad edilməsi heç bir mübadilə ilə əlaqəli deyildi".