BAKI, 20 noyabr. TELEQRAF
İran hələ ABŞ ilə uyğun bir razılaşma əldə etməyə hazır deyil.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında deyib:
"Onlar razılaşma əldə etmək istəyirlər, amma mənim məmnun olduğum bir razılaşma əldə etmək istəmirlər. Biz 51 ildir qüvvədə olan saxta razılaşmanı yox, əsl razılaşma əldə etmək istəyirik".