BAKI, 20 noyabr. TELEQRAF
Bakıda Cənubi Koreya dövlətinin yaranması günü və Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul keçirilib.
Teleqraf xəbər verir ki, tədbir Azərbaycan və Koreyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Koreyanın Azərbaycandakı səfiri Kimqu Kanq çıxış edərək iki ölkə arasındakı münasibətlərdən, diplomatik əlaqələrdən və əməkdaşlığın inkişaf perspektivlərindən danışıb.
Tədbirdə fəxri qonaq qismində iştirak edən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Fərid Abdinbəyov isə iki ölkə arasında tarixi və mədəni oxşarlıqların əməkdaşlığın inkişafına təkan verdiyini bildirib.
O, yüksək səviyyəli görüşlərin və parlamentlərarası əlaqələrin siyasi dialoqun möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.
Tədbir çərçivəsində Koreya milli mətbəxinin təqdimatı keçirilib, ölkənin ənənəvi geyimləri nümayiş etdirilib.
Rəsmi qəbul bədii proqramla davam edib.