BAKI, 20 noyabr. TELEQRAF

Koreya yarımadasındakı vəziyyət Rusiya, ABŞ və Çin liderlərinin Şençjen şəhərində keçirilən üçtərəfli görüşündə müzakirə olunub.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

"Biz həmçinin Koreya yarımadasındakı təhdidlərə qarşı mübarizəni müzakirə etdik", - deyə o bildirib.

Dövlət başçısı hansı təhdidlərdən danışdığını dəqiqləşdirməyib.