BAKI, 21 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya, Çin və ABŞ-ni dünyanın ən güclü dövlətləri adlandırıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında danışıb.
“Biz bunu dünyanın ən mühüm və qüdrətli üç dövləti olaraq birlikdə müzakirə etdik. Xüsusilə texnologiya sahəsində digərlərini böyük fərqlə qabaqlayırıq. Şübhəsiz ki, böyük gücə sahibik və dünyanın ən qüdrətli dövlətləriyik”, – Tramp bildirib.
ABŞ Prezidenti bu açıqlamanı üç ölkə liderinin Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyətlərindən sui-istifadə hallarını birgə pisləmək barədə razılığını şərh edərkən verib.
Məlumata görə, müvafiq mövqe noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilən üçtərəfli görüşün yekun bəyannaməsində əksini tapıb.