BAKI, 16 noyabr. TELEQRAF

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

1991-ci il təvəllüdlü Lələyev Cahid Ələddin oğlu "Leo Palace"dan çıxaraq yolun əks tərəfinə keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.