BAKI, 17 avqust. TELEQRAF
“Əgər İran bizə hücum etsə, yüz qat daha böyük güclə cavab verəcəyik”.
Teleqraf xəbər verir ki, bunu “Fox News”a verdiyi müsahibədə ABŞ Prezidenti Donald Tramp deyib.
“ABŞ-nin dəniz blokadası İran rejiminə yeni iqtisadi təzyiq göstərməyə davam edir. Aralıq seçkiləri İslam Respublikası haqqında düşüncələrimə qətiyyən təsir göstərməyib”, - o bildirib.