BAKI, 13 avqust. TELEQRAF
“BMT tədricən öz əhəmiyyətini itirir və yavaş-yavaş ölür”.
Teleqraf xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru, BMT-nin baş katibi vəzifəsinə namizəd Rafael Qrossi deyib.
AEBA rəhbəri “Financial Times”a verdiyi açıqlamada bildirib:
“BMT-nin ölüm təhlükəsi ilə üzləşdiyini görmürəm. Mən bunu “yavaş ölüm” adlandırmaq istərdim. BMT tədricən öz əhəmiyyətini itirir, son böhranların və ya dövlətlərarası müharibələrin həllinə əhəmiyyətli töhfə verə bilmir”.
Qrossi beynəlxalq təşkilatın sosial proqramlar və iqlim dəyişikliyi kimi digər sahələrdəki zəif performansının da məyusluq yaratdığını qeyd edib.