BAKI, 20 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Pakistan Silahlı Qüvvələrinin Baş komandanı feldmarşal Asim Münirin ona İranın dəniz limanlarının blokadasının danışıqlara maneə olduğuna dair “Reuters” agentliyinin məlumatını təkzib edib.
Teleqraf xəbər verir ki, Amerika lideri Pakistan ordusunun baş komandanının ona mühasirə ilə bağlı heç bir tövsiyə vermədiyini bildirib.
Donald Tramp qeyd edib ki, İranın blokadası güc hesabına tətbiq olunur və Tehran bu səbəbdən gündə 500 milyon dollar itirir.
Prezident həmçinin ABŞ energetika naziri Kris Raytın benzinin qiymətləri ilə bağlı proqnozunu “tamamilə səhv” adlandırıb. Rayt bundan əvvəl benzinin qiymətlərinin gələn ilə qədər 3 dollardan aşağı düşə bilməyəcəyini söyləmişdi.
ABŞ lideri İran müharibəsi bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini vurğulayıb.
“Reuters”in bundan əvvəl yaydığı məlumata görə, Pakistan Silahlı Qüvvələrinin Baş komandanı feldmarşal Asim Münir ABŞ Prezidenti Donald Trampla İran barədə müzakirə aparıb: “Pakistan ordusunun komandanı Donald Trampa bildirib ki, Hörmüz boğazı ətrafında tətbiq edilən blokada danışıqlara mane olur. ABŞ Prezidenti isə onun məsləhətini nəzərdən keçirəcəyini deyib”.