BAKI, 23 oktyabr. TELEQRAF
“İran rəhbərliyinin yüksək səviyyəli nümayəndələrinin hədəfə alınmasından sonra hazırda Tehranda danışıqlar apara biləcəyimiz heç kim qalmayıb”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Noyabrın 3-də Konqresə keçiriləcək aralıq seçkilərə ciddi təsir göstərən amillərdən birinə çevrilmiş neft qiymətlərinin artımına gəlincə, Tramp qeyd edib ki, ötən həftə Hörmüz boğazından daşınan neftin həcmi müharibədən əvvəlki dövr də daxil olmaqla, əvvəlki istənilən dövrdə qeydə alınan göstəricidən çox olub.
ABŞ Prezidenti Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün Vaşinqtonun hərəkətə keçməsinin zəruri olduğunu da bildirib.