BAKI, 23 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp qanunvericiliyin buna icazə vermədiyini etiraf etsə də, üçüncü dəfə prezidentliyə namizəd olmaq hüququna malik olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Düşünürəm ki, yenidən namizəd olmaq hüququm var, çünki onlar seçkiləri saxtalaşdırıblar”, - Tramp 2020-ci il prezident seçkilərində “genişmiqyaslı saxtakarlıqlar”ın baş verdiyini nəzərdə tutaraq deyib.

Amerika lideri bundan əvvəl də üçüncü müddətə namizəd olmaq ehtimalından danışıb, daha sonra isə bunu qəti şəkildə istisna edib.

Son açıqlamasında isə hər iki mövqeni eyni cümlədə ifadə edib:

“Düşünürəm ki, qanun belə nəzərdə tutur, buna 100 faiz əmin deyiləm, amma məncə, qanun yenidən namizəd olmağımı qadağan edir. Mən bu ifadənin mətnini araşdırmışam”.

ABŞ Konstitusiyasına 22-ci düzəliş bir şəxsin iki dəfədən artıq seçilməsini qadağan edir.