BAKI, 28 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə tezliklə görüş keçirməyi planlaşdırdığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbəti zamanı danışıb.
“Tezliklə görüş təşkil olunacaq. Məncə, böyük irəliləyiş var”, - Tramp deyib.
Görüşün kimlərlə keçirilməsinin planlaşdırıldığına dair dəqiqləşdirici suala cavabında Tramp qeyd edib: “Prezident Putin və Prezident Zelenski ilə”.