BAKI, 23 oktyabr. TELEQRAF
Rusiya və Ukrayna Xerson vilayətinin Oleşki şəhərində atəşkəs barədə razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında bildirilib.
Atəşkəs oktyabrın 29-da başlayacaq.
Qeyd edilib ki, atəşkəs humanitar yardımın çatdırılması və mülki əhalinin xüsusi dəhliz vasitəsilə təxliyəsi məqsədilə əldə olunub.
Ağ Ev ABŞ-nin birinci xanımı Melaniya Trampın Oleşki şəhərində atəşkəs razılaşmasının əldə edilməsinə kömək etdiyini də bildirib.
“Birinci xanım Melaniya Tramp Rusiya və Ukrayna arasında Oleşki şəhərində atəşkəs rejimini təmin etdi. Ölkələr humanitar yardımın çatdırılmasına imkan vermək və mülki şəxslərin təyin olunmuş təhlükəsiz dəhliz vasitəsilə təxliyəsinə hazırlıq məqsədilə Oleşkidəki bütün hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəliblər”.