BAKI, 28 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Konqresə aralıq seçkilərindən sonra İrana qarşı yeni zərbələr endirə biləcəyini istisna etməyib.
Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.
Texas ştatından qayıdarkən Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistin İrana qarşı yeni zərbələrin endirilməsi ehtimalı ilə bağlı sualını cavablandıran Tramp deyib: “Hər şey mümkündür”.
Xatırladaq ki, ABŞ-də aralıq seçkiləri noyabrın 3-də keçiriləcək.