BAKI, 16 aprel. TELEQRAF

Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi feldmarşal Asim Münir ABŞ-İran münaqişəsinin həlli üçün vasitəçilik səylərinin bir hissəsi olaraq Tehrandan sonra Vaşinqtona səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera” mənbələrə istinadla məlumat verib.

Feldmarşal Asim Münir və Pakistan daxili işlər naziri Möhsin Nəqvi Vaşinqton və Tehran arasında vasitəçiliyi davam etdirmək üçün Tehrandadır. İran dövlət televiziyasının məlumatına görə, İran rəsmiləri Tehranda Pakistan nümayəndə heyəti ilə İran-Amerika danışıqlarının gedişatını və ABŞ-nin təkliflərini ətraflı müzakirə etməyi planlaşdırır.

Aprelin 11-də ABŞ və İran İslamabadda bir neçə raund danışıqlar aparıb. Tərəflər bir sıra fikir ayrılıqlarına görə münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər.