BAKI, 13 aprel. TELEQRAF
ABŞ prezidenti Donald Tramp ölkəsinin NATO çərçivəsində siyasətini “çox ciddi” şəkildə yenidən nəzərdən keçirəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında ABŞ-nin alyans üçün trilyonlarla dollar xərclədiyini vurğulayıb və bu vəziyyətin artıq suallar doğurduğunu bildirib.
O qeyd edib ki, NATO-nun əsas məqsədlərindən biri Rusiyaya qarşı təhlükəsizliyin təmin olunmasıdır, lakin ABŞ-nin bu yükü daşımasının ədalətli olub-olmadığını düşünmək lazımdır.
ABŞ prezidenti həmçinin alyans üzvlərinin İranla bağlı məsələdə Vaşinqtonu dəstəkləmədiyini deyərək narazılığını ifadə edib. “Biz NATO üçün trilyonlarla dollar ödəyirik, amma onlar bizi dəstəkləmədilər”, - deyə o bildirib.
Tramp bəzi müttəfiqlərə qarşı tədbirlərin görülüb-görülməyəcəyi ilə bağlı suala isə konkret cavab verməyərək “Baxarıq, necə olacaq” sözləri ilə kifayətlənib.