BAKI, 11 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp vəzifədən ayrılmazdan əvvəl administrasiyasının yüksək vəzifəli şəxslərinə əfv veriləcəyini vəd edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, Tramp bu addımla gələcəkdə həmin şəxslərin mümkün hüquqi təqiblərdən qorunmasını hədəfləyir.

Qəzetin yazdığına görə, Tramp qeyri-rəsmi söhbətlərdə bu məsələ ilə bağlı zarafatlar da edib və administrasiya əməkdaşlarının geniş dairəsini əfv edə biləcəyini bildirib.

Məlumatda qeyd olunur ki, ABŞ lideri ötən il müşavirlərlə görüşdə vəzifə müddətinin sonunda kütləvi əfv qərarları elan edəcəyini də dilə gətirib.

Qeyd edək ki, Tramp ikinci prezidentlik müddəti ərzində artıq təxminən 1600 nəfəri əfv edib ki, bu da ABŞ tarixində rekord göstərici hesab olunur.