BAKI, 31 yanvar. TELEQRAF
Amerikalı milyarder İlon Mask dünyada güc balansının dəyişdiyini bildirib.
Teleqraf xəbər verir ki, o, sosial mediadakı paylaşımında Beynəlxalq Valyuta Fondunun (BVF) real qlobal ÜDM artımına ən çox töhfə verən ölkələr üzrə statistikasına istinad edib.
İlon Mask yazıb: “Güc balansı dəyişir”.
BVF-nin 2026-cı il üçün məlumatlarına görə, qlobal ÜDM artımının 26,6 faizi Çin, 17 faizi Hindistan, 9,9 faizi ABŞ, 3,8 faizi İndoneziya və 2,2 faizi Türkiyənin payına düşür. Asiya-Sakit okean regionu bütün real qlobal ÜDM artımının təxminən yarısını təşkil edir.