BAKI, 31 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqu Prezident Volodimir Zelenskini “qətiyyətli və cəsur” adlandırdığına görə, “axmaq” adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Tramp 2025-ci ilin fevralında Münxen Təhlükəsizlik Konfransından sonra Kelloqu kabinetinə çağırıb. ABŞ Prezidenti orada xüsusi elçisindən soruşub: “Deməli, siz Zelenskini qətiyyətli və cəsur adlandırırsınız?”.
Kelloq bunu təsdiqləyərək Zelenskini ABŞ-nin keçmiş prezidenti Avraam Linkolnla müqayisə edib.
Daha sonra bu dialoq barədə digər müşavirlərinə danışan Tramp Kelloq barədə “O, sadəcə axmaqdır” deyib.