BAKI, 19 noyabr. TELEQRAF
ABŞ administrasiyası Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı yeni plan hazırlayır.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Nəşr Rusiya və ABŞ rəsmilərinə istinadla bildirib ki, Donald Tramp administrasiyası Moskva ilə məsləhətləşərək müharibəyə son qoymaq üçün gizli şəkildə yeni plan hazırlayır:
“28 bənddən ibarət plan Prezident Trampın Qəzza zolağı ilə bağlı razılaşma əldə etmək üçün göstərdiyi uğurlu səylərdən ilhamlanıb”.
Portalın məlumatına görə, hazırda planın hazırlanmasında əsas rolu ABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff oynayır. Nəşrin yazdığına görə, o, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə planı ətraflı müzakirə edib.