BAKI, 18 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff noyabrın 19-da Türkiyəyə səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik ABŞ-nin yüksək səviyyəli rəsmisinin həmin gün Türkiyəyə səfər edəcək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyini bildirib.