BAKI, 17 oktyabr. TELEQRAF
Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan səfirliyi məlumat yayıb.
Həmsöhbətlər avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ arasında əldə olunan razılaşmaların gedişi və regional proseslərə toxunublar.
Stiven Uitkoff ABŞ-nin sülh gündəminə ardıcıl dəstəyini bir daha təsdiqləyib.
Mkrtçyan regionda sülh və sabitliyin bərqərar olunmasında göstərdiyi səylərə görə Stiven Uittkofa minnətdarlığını bildirib.