BAKI, 30 sentyabr. TELEQRAF
“Vaşinqton Belarus Prezidenti Aleksandr Lukaşenko vasitəsilə Rusiya Prezidenti Vladimir Putinlə əlaqə kanalı yaradıb.
Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
“Lukaşenkonun Putinlə tez-tez təmasda olduğunu bilirik. Mesajımızın Putinə tam şəkildə çatmasını təmin etmək üçün onun vasitəsilə əlaqə qurmuşuq”, - Kelloq qeyd edib.