BAKI, 24 sentyabr. TELEQRAF
“Rusiya Ukraynanın nələrisə (işğal edilmiş ərazilərini – red.) geri ala biləcəyi tezisini yanlış hesab edir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın bəyanatını şərh edərkən bildirib.
“Ukraynanı hərbi əməliyyatları davam etdirməyə hər cür cəhd göstərməsi və Ukraynanın hər şeyi geri qaytara biləcəyi fikri yanlışdır. Yenə söyləyirəm: cəbhə xəttindəki dinamika bunun əyani sübutundan daha çox şeyi deyir”, - Peskov qeyd edib.
Dünən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Donald Tramp bəyan edib ki, Avropa İttifaqının dəstəyi ilə Ukrayna mübarizə aparmağa və Rusiya tərəfindən işğal edilmiş bütün ərazilərini geri qaytarmağa qadirdir. ABŞ lideri Ukraynanın Rusiyanı məğlub edə biləcəyini də vurğulayıb.