Bakı, 22 sentyabr. TELEQRAF

“Fələstin-İsrail münaqişəsinin diplomatik yolla həllinə nail olacağıma ümid edirəm”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Ümidim münaqişənin diplomatik yolla həllini görməkdir. Böyük qəzəb və nifrət var və bu, illərdir davam edir. Ümid edirəm ki, bir yerə çata biləcəyik”, - ABŞ dövlət başçısı qeyd edib.