BAKI, 23 iyun. TELEQRAF

“ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həllinə yönəlmiş istənilən diplomatik səyləri dəstəkləyəcək”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.

“Rusiya və Ukrayna arasında münaqişənin hərbi yolla həlli yoxdur. Prezident davamlı sülhə gətirib çıxaracaq istənilən diplomatik mexanizmi dəstəkləyəcək”, - o bildirib.

Diplomat vurğulayıb ki, Vaşinqton münaqişə tərəfləri ilə ən yüksək səviyyədə təmasları davam etdirir və Rusiya ilə Ukrayna arasında birbaşa danışıqları dəstəkləyir.

“Konstruktiv və xoşməramlı dialoq bu müharibəyə son qoymağın yeganə yoludur. Prezident Trampın Prezident Putinə dediyi kimi: Rusiya və Ukraynanın aydın şərtlərlə və güzəştə açıq olmaqla danışıqlar masasına oturmasını gözləyirik”, - Uitaker əlavə edib.