BAKI, 24 may. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens ölkəsinin dünyadakı mövqeyi və xarici siyasəti ilə bağlı maraqlı açıqlamalar verib.

Teleqraf xəbər verir ki, Ağ Ev rəsmisi ABŞ-nin dünyada dominantlıq dövrünün bitdiyini bəyan edib.

Vitse-prezident ABŞ Hərbi Dəniz Akademiyasının tələbələri qarşısında çıxışı zamanı deyib: “Ciddi təhlükələrlə üz-üzəyik. Çin, Rusiya və digər ölkələr bizi hər cəbhədə məğlub etmək əzmindədir”.