BAKI, 22 may. TELEQRAF

Vaşinqtonda İsrailin ABŞ-dəki səfirliyinin iki əməkdaşı öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə “CBS News” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, insident mayın 21-də axşam, yerli vaxtla 21:15 radələrində baş verib.

Bildirilir ki, İsrail diplomatları paytaxtdakı Yəhudi Muzeyindən çıxarkən güllələnib. Hadisə zamanı səfirliyin daha bir neçə əməkdaşı da yaralanıb.