BAKI, 13 may. TELEQRAF

"Ukraynadakı münaqişənin həlli üçün Rusiya Prezidenti Vladimir Putinlə dialoq aparmaq lazımdır, onun imzası olmadan sülh müqaviləsi bağlamaq mümkün deyil".

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

“Mən hər iki tərəflə danışmışam. Hamı ilə danışmasanız, vasitəçilik edə və həll üzərində işləyə bilməzsiniz. Mən Prezident Putinlə də danışmışam. Prezident Putinin imzası olmadan razılaşma mümkün deyil. O, Rusiya Federasiyasının lideridir”, - Amerika rəsmisi bildirib.

Uitkoff vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp münaqişənin həlli üçün Rusiya və Ukrayna arasında birbaşa təmasların olmasının tərəfdarıdır, bu, baş verməsə, Vaşinqton danışıqlar prosesindən geri çəkiləcək.