BAKI, 20 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp həmvətənlərinə ölkəni daha da böyük, güclü, zəngin və dindar edəcəklərinə dair söz verib.
Teleqraf-ın xəbərinə görə, bu barədə ABŞ lideri "Truth" sosial şəbəkəsindəki paylaşımında bildirib.
"Birlikdə biz Amerikanı əvvəlkindən daha böyük, daha yaxşı, daha güclü, daha zəngin, sağlam və daha dindar edəcəyik", - deyə respublikaçı vurğulayıb.
“İndiyə qədərki ən pis və ən bacarıqsız prezident, yuxulu Co Bayden də daxil olmaqla, hər kəsin Pasxa bayramını təbrik edirəm", - Ağ Evin rəhbəri yazıb.