
BAKI, 23 mart. TELEQRAF
ABŞ Müdafiə Nazirliyi milyarder İlon Maskın Pentaqona səfərindən sonra yalan detektorundan istifadə edərək daxili araşdırmaya başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
İstintaq məxfi məlumatların sızma mənbələrini müəyyən etmək istəyir. Təhqiqat başa çatdıqdan sonra tapılan məlumatları və tövsiyələri özündə əks etdirən hesabatın müdafiə naziri Piet Heqsetə təqdim ediləcəyi gözlənilir.
İlon Mask da öz növbəsində sızdırmaya yol verən işçilərin cəzalandırılmasını istəyib.
Qeyd edək ki, Mask xərclərin azaldılması və innovasiyaları müzakirə etmək üçün martın 21-də Pentaqona səfər edib.