BAKI, 27 noyabr. TELEQRAF

“Allah Prezidentimizi, qazilərimizi qorusun. Vətən yolunda canından keçən şəhidlərimizə rəhmət diləyirəm. Arzum budur ki, uşaqlarımız xoşbəxt olsun, əvvəlki kimi sakit və rahat yaşayaq”.

Bunu Teleqraf-a açıqlamasında Ağdərə rayonunun Həsənriz kəndinə köç edən əslən Kəlbəcər sakini Səadət Əşrəfova deyib.

O, doğma yurdunu 22 yaşında, oğlu ilə tərk etmək məcburiyyətində qaldığını bildirib:

“Kəlbəcər tez-tez yuxularıma girib. Oradakı həyatımı xatırlamaq həmişə xoş olub. Kəndimizdən ayrılmağımızı isə çox çətin idi. Uşaqlığımız, yaşadığımız ev o xatirələrdə qalıb. Öz istəyimizlə 1 il yarımdır növbəyə yazılmışdıq. Qayıtmaq bu gün qismət imiş”.