BAKI, 27 noyabr. TELEQRAF
Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.
Teleqraf xəbər verir ki, Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2.43 ABŞ dolları və ya 2.42% artaraq bir barel üçün 102.77 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.